AZ

Viktor Bonifase ən yaxşı seçildi

“Bayer Leverkuzen”in və Nigeriya millisinin hücumçusu Viktor Bonifase Bundesliqada mövsümün ən yaxşı oyunçusu mükafatını qazanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniya çempionatının rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu nominasiyada Xavi Simons ("RB Leypsiq"), Yan Matsen ("Borussiya Dortmund") və Maksimilian Bayer ("Hoffenhaym") kimi oyunçuları geridə qoyub.

Boniface keçən yay 20,5 milyon avroya Belçikanın "Union Saint-Gillois" klubundan "Bayer"ə keçib. Futbolçunun alman klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
90deqiqe.az

1Mənbələr