AZ

Slovakiya Baş nazirinə qarşı sui-qəsd işi üzrə istintaq

AzVision.az ölkənin "TV JOJ" telekanalına istinadən xəbər verir ki, istintaq prosesi çərçivəsində şübhəli şəxsin həyat yoldaşı da saxlanılıb.

* * *

22:00
Slovakiyanın Baş naziri Robert Fitsonun əməliyyatı uğurla başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin "TA3" telekanalı məlumat yayıb.

Bildirilir ki, hazırda Baş nazirin vəziyyəti stabil və şüuru açıqdır

* * *

19:37
Slovakiya Baş nazirinin vurulduğu anın görüntüləri yayımlanıb.
Ən son məlumata əsasən, Baş nazirə üç güllə (ikisi qol, biri qarın nahiyəsindən) tuşlanıb.

* * *

19:02
Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsdin ölkəcə məşhur 71 yaşlı yazıçı, "Mütərəqqi Slovakiya" müxalifət partiyasının tərəfdarı Yuray Çintula tərəfindən həyata keçirildiyi müəyyənləşib.
AzVision.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, şahidlər onun hücumdan qabaq Baş nazirə "Robo, bura gəl!" dediyini eşidiblər.

Sui-qəsdi törədən yazıçı hadisə yerindəcə saxlanılıb.

(Slovakiyalı yazıçı Yuray Çintula)

* * *

18:15
"Slovakiyanın Baş naziri həyatı təhlükəli altındadır".
AzVision.az xəbər verir ki, bu barədə Slovakiya hökuməti bəyanat yayıb.

* * *

18:01
"Baş nazir qarnından güllə yarası alıb və hazırda əməliyyatdadır".
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Robert Fitsonun "Smer" partiyasının rəsmisi "The Guardian"a bildirib.

* * *

17:32
Ən son məlumata görə, hökumətin iclasından sonra binanın qarşısında 4 dəfə atəş açılıb və onlardan biri Baş nazirin qarın nahiyəsinə tuş gəlib.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, Slovakiya Prezidenti Zuzana Çaputova Baş nazir Robert Fitsoya qarşı "amansız" hücumu pisləyib və onun sağalmasını arzuladığını bildirib.

* * *

17:11
Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi Handlova şəhərindəki Mədəniyyət Evinin qarşısında atışma meydana gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Slovakiyanın "TASR" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, atışma zamanı Baş nazir Robert Fitso xəsarət alıb. O, xəstəxanaya aparılsa da, vəziyyəti məlum deyil

Hadisəni törədən şəxslərdən biri saxlanılıb.


Firudin Həmidli



AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
azvision.az

10Mənbələr