AZ

"Fələstin dövlətinin yaradılmasından söhbət belə gedə bilməz"  - Netanyahu

"Fələstin dövlətinin yaradılması İsrailin təhlükəsizliyinə təhdiddir..."
 
"Nə BMT Baş Assambleyası, nə də hər hansı başqa təşkilat bizim özünümüdafiə hüququmuzun gerçəkləşməsinə mane ola bilməz..."
 
İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
 
İsrail hökuməti BMT Baş Assambleyasının Fələstin Muxtariyyətinin ümümdünya təşkilatına daimi üzv kimi qəbul edilməsi və gələcəkdə Fələstin dövlətinin tanınması perspektivi məsələsinə yenidən baxılması ilə bağlı Təhlükəsizlik Şurasına tövsiyə edilən qətnaməsini yekdilliklə rədd edib.
 
Moderator.az xəbər verir ki, İsrail baş naziri Binyamin Netanyahu müvafiq təkliflə çıxış edib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Hökumətin qərarında üç bənd var, bunlar:
 
- "BMT Baş Assambleyasının Fələstin Administrasiyasının statusunun yüksəldilməsi və ona adətən BMT üzvü olan dövlətlərə şamil edilən əlavə səlahiyyətlərin verilməsi barədə 10 may 2024-cü il tarixli qərarını rədd etmək";
 
- "adıçəkilən qərarın İudeya və Samariyada yəhudi rayonlarının statusunu dəyişmədiyi, Fələstin tərəfinə hər hansı hüquqlar vermədiyini və İsrail dövlətinin və xalqının heç bir hüququnu azaltmadığını bəyan etmək";
 
- "adıçəkilən qərarın gələcək danışıqların əsasını təşkil etməyəcəyini və sülh yolu ilə məsələnin həllinə kömək etməyəcəyini bəyan etmək".
 
Bu qərarı şərh edərkən Netanyahu bəyan edib ki, hökumət ayrıca Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək, çünki bu, İsrailin təhlükəsizliyinə təhdiddir.
 
"Bu gün hökumət ötən həftə BMT tərəfindən Fələstin dövlətinin tanınması barədə qəbul etdiyi qərarın əleyhinə çıxıb", - o, deyib.
 
"Həm Qəzzada, həm də İudeya və Samariyada fələstinlilərin 80 faizinin dəstəklədiyi dəhşətli 7 oktyabr qətliamına görə heç bir mükafat olmayacaq. Biz ərazisindən bizə hücum edə biləcək terrorçu dövlətin yaradılmasına imkan verməyəcəyik.
 
Heç kim-nə BMT Baş Assambleyası, nə də hər hansı başqa təşkilat bizim özünümüdafiə kimi ayrılmaz hüququmuzun gerçəkləşməsinə mane ola bilməz. Biz ölkəmizi qorumaq üçün başımızı dik tutaraq dayanacağıq", - baş nazir əmin edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
moderator.az

1Mənbələr