AZ

Ərdoğan Slovakiyanın baş nazirinə hücumu pisləyib » AzadMedia.az



Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan X sosial şəbəkəsindəki səhifəsində Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsddən danışıb.

O, Fikoya qarşı törədilən dəhşətli sui-qəsdi qətiyyətlə pislədiyini və ona tezliklə sağalmasını arzuladığını bildirib.

“Ölkəm və millətim adından Slovakiya xalqına və hökumətinə ən səmimi arzularımı çatdırıram” - Rəcəb Tayyib Ərdoğan deyib.

Robert Fikoya sui-qəsd cəhdi

Xatırladaq ki, bu gün ölkə hökumətinin iclasından sonra Slovakiyanın baş nazirinin həyatına qəsd edilib. Cinayətkarın 71 yaşlı kişi olduğu məlum olub.

Robert Fikoya hücumu, Azərbaycan prezidenti İlham Əliyev, eləcə də digər dövlət başçıları pisləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
19
azadmedia.az

10Mənbələr