AZ

Tahir Baxşıyev: “İkinci oyun daha çətin olacaq”

"İlk iki hissə çətin keçdi. Səbəbləri də məlumdur”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nun baş məşqçisi Tahir Baxşıyev deyib.

Gənc mütəxəssis 3-cü yer uğrunda "Xırdalan"la (95:79) keçirilən qarşılaşmanı şərh edib: “Finala çıxmaq üçün yaxşı şansımız var idi. Yarımfinaldan sonra oyunçular yaxşı əhval-ruhiyyədə deyildilər. Ancaq üçüncü və dördüncü hissələrdə komanda yaxşı oynadı. Basketbolçuları qələbə münasibətilə təbrik edirəm. "Xırdalan" yaxşı komandadır. Ancaq onların iki əsas basketbolçusu görüşü buraxırdı. Buna görə bizə oynamaq daha asan idi. Düşünürəm ki, ikinci oyun daha çətin olacaq. Bu gün gənclərə şans verdik. Çalışırıq ki, gənc basketbolçuları da oynadaq".

Qeyd edək ki, komandalar arasında 2-ci oyun mayın 18-də keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
idman.biz

2Mənbələr