AZ

Ukrayna MDB-nin silahlı qüvvələrə dair sazişlərində iştirakını dayandırıb » AzadMedia.az


Ukrayna lideri Vladimir Zelenski ölkənin Müstəqil Dövlətlər Birliyinin (MDB) bir sıra sazişlərində, o cümlədən hərbi və strateji qüvvələrlə bağlı sazişlərdə iştirakını dayandıran fərmanlar imzalayıb. Bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəddə bildirilir ki, Ukrayna MDB ilə 1991-ci ildə imzalanmış silahlı qüvvələr və sərhəd qoşunları haqqında sazişdən çıxır. Zelenski daha iki sazişi də cırıb: 1991-ci il strateji qüvvələr, eləcə də 1992-ci il strateji qüvvələrinin statusu haqqında.
Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, hakimiyyət 1992-ci ildə bağlanmış tərksilah məsələləri üzrə Birgə Məşvərət Komissiyasının yaradılması haqqında sazişdən çıxmaq qərarına gəlib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron və Zelenski Parisdə təhlükəsizlik sahəsində təhlükəsizlik təminatlarına dair ikitərəfli saziş imzalayıblar. Makronun sözlərinə görə, onun ölkəsi bu sənəd çərçivəsində Kiyevə üç milyard avro dəyərində əlavə hərbi yardım verəcək.

Bundan əvvəl Ukrayna da Almaniya ilə bu müqaviləni imzalayıb. Almaniya kansleri Olaf Şolsun sözlərinə görə, sənəd Kiyevin ehtiyacı olduğu müddətdə qüvvədə olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
azadmedia.az

2Mənbələr