AZ

Britaniyanın Ukraynaya qoşun göndərmək planı yoxdur

Böyük Britaniya öz qoşunlarını Ukrayna silahlı qüvvələrinin yeni çağırışçıları üçün təlim keçmək məqsədilə Ukraynaya göndərmək niyyətində deyil.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps "The Daily Telegraph" qəzetinə müsahibəsində bildirib.

"Mən Britaniya qoşunlarını Ukraynaya göndərmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma düşünürəm ki, Ukrayna ordusunun təlimlərini Ukrayna sərhədlərinə yaxınlaşdırmaq məntiqlidir", - Şapps qeyd edib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər.

Şapps müsahibəsində Ukrayna Silahlı Qüvvələri üçün Xarkov vilayətində yaranmış çətin vəziyyətə də diqqət çəkib. Eyni zamanda o, Ukraynanın öz mövqeyini hələ də xilas edə biləcəyi fikrini ifadə edib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində bir neçə yaşayış məntəqəsinin azad edilməsi barədə məlumat vermişdi. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
iqtisadiyyat.az

1Mənbələr