AZ

"Rəfahda heç bir humanitar fəlakət olmayıb və olmayacaq"

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Rəfaha qarşı quru əməliyyatı ilə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, Qərbin tənqidlərinə qarşı çıxan Netanyahu əməliyyatla bağlı “Rəfahda bəzilərinin proqnozlaşdırdığı humanitar fəlakət baş vermədi və olmayacaq” deyib.

Netanyahu açıqlamasında deyib: “Həmasın ləğvi digər fələstinlilərin də təhlükə hiss etmədən Qəzzanı idarə edə bilməsi üçün lazımdır”.R”

Qeyd edək ki, İsrail hökumətinin sözçüsü David Mencer mətbuata verdiyi brifinqdə bildirib ki, İsrail Rəfahda qalan 4 Həmas batalyonu ilə mübarizəni davam etdirəcək.

Mencer əlavə edib ki, İsrail Qəzza ilə eyni sərhədi paylaşan Misirdən 7 aydır davam edən İsrail-Qəzza müharibəsindən qaçmaq istəyən Qəzza mülki vətəndaşlarına sərhədi açmasını istəyib, lakin bu tələb rədd edilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
news24.az

1Mənbələr