AZ

Seçkilərdə namizədləri öldürmək geri çəkilmək üçün verilən rüşvətdən ucuz başa gəlir

Meksika qruplaşmalar rəqiblərini öldürməklə seçkilərdə öz istədikləri namizədləri irəli sürürlər. 

 

Sfera.az bildirir ki, Meksikada əvvəllər namizədlərə rüşvət verilirdi, lakin indi onları öldürmək daha ucuz başa gəlir. 


Bəzi siyasətçilər dəstələr tərəfindən öldürülür, bəziləri isə qorxudulur. Qruplaşmalar seçkilərdə qalib gəlmək üçün birlikdə işləyə biləcəkləri, gələcəkdə onlarla əlbir olacaq namizədlər axtarırlar.

 

Səsvermə iyunun 2-nə təyin edilib. Bu günə qədər isə artıq 20-dən çox namizədin qətlə yetirilməsi, onların yüzlərlə rəqibinin isə siyasi yarışdan hələlik sağ-salamat kənarlaşdırıldığı məlumdur.

 

400-dən çox meksikalı siyasətçi hökumətdən onlara təhlükəsizlik zəmanəti verməyi xahiş edib. Qeyd olunur ki, hədə-qorxu və qətl kampaniyası demokratiyanın özünə təhdiddir.

 

Qruplaşmaların məqsədi yerli ofislərdə “mehriban liderlər” yerləşdirməkdir ki, onlar daha çox təsir edə bilsinlər. Dəstələr ABŞ-a narkotik tədarükü ilə yanaşı, miqrantların qeyri-qanuni daşınmasında, hədə-qorxu ilə və nəzarət etdikləri şirkətlər üçün uduş müqavilələri ilə də məşğul olurlar.


Cinayətkar qruplar üçün əlverişli hüquq-mühafizə orqanlarının və ictimai işlərin rəhbərləri təyin edilməlidir, ona görə də onların bələdiyyə binalarına nəzarət etməsi vacibdir. Qubernator və Konqresə namizədlər də risk altındadır.

 

Meksikadakı bütün əsas partiyalardan olan namizədlər qruplaşmaların hədəfinə çevrilib. Xüsusilə, 80 min nəfər əhalisi olan Maravatio bələdiyyəsində 3 bələdiyyə başçılığına namizəd öldürülüb. Bildirilir ki, əvvəllər seçicilər rüşvət alırdılar, indi isə daha ucuz olduğu üçün onları sadəcə olaraq “aradan götürürlər”.

 

Meksikanın Çiapas əyalətində təxminən 12 kartel (qruplaşma) fəaliyyət göstərir. Onların arasında “yeni nəslin” ən güclü cinayətkar qruplarından ikisi: “Sinaloa” və “Xalisko” xüsusilə məşhurdur. Bu kartellər təkcə son aylarda altı siyasi namizəd öldürüblər.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
sfera.az

1Mənbələr