AZ

Qəza nəticəsində “Hyundai Solaris” parça-parça olub...

Moskvanın qərbində qəza nəticəsində “Hyundai Solaris” markalı minik avtomobili parça-parça olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Shot Telegram” kanalı bildirib.

Beləliklə, kanalın sözlərinə görə, sürücü idarəetməni itirib və bu səbəbdən də Tarusskaya küçəsində avtomobil əvvəlcə səkiyə çıxıb, daha sonra dirəyə çırpılaraq bir neçə dəfə aşıb.

Zərbə o qədər güclü olub ki, avtomobil parçalanıb. Belə ki, avtomobilin mühərriki qopub.

Deyilənlərə görə, avtomobildə üç nəfər - sürücü və iki sərnişin olub.

Hadisə şahidlərinin sözlərinə görə, hadisədən sonra“Hyundai Solaris”uidarə edən şəxs yol kənarında oturub. O,sərxoş imiş. Xəsarət alan sərnişinlər onurğa sınığı şübhəsi ilə xəstəxanaya çatdırılıblar.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
sia.az

1Mənbələr