AZ

La Liqa: Mövsümün ən yaxşıları adına namizədlər açıqlandı

İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün ən yaxşı oyunçusu və məşqçisi adına namizədlərin siyahısını açıqlanıb.

Arena.az xəbər verir ki, La Liqa bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Müvafiq seçimlərdə təqdim edilmiş namizədlərin adlarını diqqətinizə çatdırır:

Ən yaxşı oyunçu adına namizədlər:

Cud Bellingem, Vinisius Junior (hər ikisi “Real”)
Takefusa Kubo (“Real Sosyedad”)
Artyom Dovbik, Aleş Qarsiya (hər ikisi “Jirona”)
Robert Levandovski (“Barselona”)
Antuan Qrizmann (“Atletiko”, Madrid)
İsko (“Betis”)
Kirian Rodriges (“Las Palmas”)
Aleksander Sörlot (“Vilyarreal”).

Ən yaxş məşqçi adına namizədlər:

Karlo Ançelotti (“Real”)
Miçel Sançes (“Jirona”)
Dieqo Simeone (“Atletiko”, Madrid)
Ernesto Valverde (“Atletik”, Bilbao)
Marselino Qarsiya Toral (“Vilyarreal”).

Xatırladaq ki, cari 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının qalibi “Real” olub. 34-cü turda erkən surətdə çempionluğu təmin etmiş qaymaqlılar hazırda, 36 oyundan 93 xalla yarış cədvəlinin əlçatmaz zirvəsində qərarlaşblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
arena.az

1Mənbələr