AZ

Rusiya AB missiyasının Ermənistandan çıxarılmasını hədəflədi- kurs başladı…

Image

Emin Həsənli: “Yalnız bundan sonra Rusiya həmin missiyanı Ermənistandan qovmağa nail olacaq”

Avropa İttifaqının (Aİ) missiyası Ermənistanın qonşularına - Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür, açıq-aşkar təxribatçı fəaliyyət göstərir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin müsahibəsində deyib. 

O qeyd edib ki, missiya açıq-aşkar təxribatçı fəaliyyət göstərir, tam şəkildə antirusiya təbliğatı, Ermənistan cəmiyyətində bu ölkənin "təhlükəsizlik və rifah mənbəyi" kimi Avropa İttifaqı haqqında yalan fikirlərin yeridilməsi ilə məşğuldur.

Qaluzinin sözlərinə görə, uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, "qərblilərin bölgəni hərbiləşdirmək və orada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara heç uyğun gəlmir.

Belə narazılıqlar artarsa, missiyanı Ermənistandan çıxarmaq mümkün olarmı?

Ermənistan bütün gücü ilə Qərbə doğru istiqamətlənib: “Həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan bu kursa meyl etdiyini heç gizlətmir də. Rusiyanın əsas söz sahibi olduğu KTMT-də keçirilən tədbirləri birdəfəlik boykot edib. Mayın 8-də Rusiya prezidenti ilə baş tutan görüşdə isə Paşinyan rus hərbçilərin  hava limanı və Azərbaycanla olan sərhəddən çıxarılmasını razılaşdıra bildi. Ermənistan  birdən-birə də Rusiyadan qopa bilmir. Çünki ciddi iqtisadi asılılığı var. Ermənistanın əsas dostları olan İran və Rusiyaya zidd olan NATO ölkələri orada sərbəst fəaliyyət göstərir. Xüsusilə də mülki missiya adı altında Ermənistana yerləşdirilən, əsas tərkibi isə keçmiş hərbçilərdən ibarət olan qrupun fəaliyyəti  Rusiyanın heç xoşuna gəlmir. Moskva fürsət axtarır ki, Ermənistanda hakimiyyəti devirib, yerinə özünə uyğun bir namizədi gətirsin. Yalnız bundan sonra Rusiya həmin missiyanı Ermənistandan qovmağa nail olacaq. Hazırda Rusiya ilə Qərb arasında mövqe savaşı Ermənistan və Gürcüstanda gedir. Avropa İttifaqının xüsusi missiyasının Cənubi Qafqaza gəlməsi dünya təcrübəsində ilklərdən olan bir hadisədir. Xüsusi missiyanın mülki missiya adlanmasının səbəbi ondan ibarətdir ki, Ermənistan və Fransa Rusiya və İranı daha az narahat etmək istədilər. Onlar başa düşmək istəmədilər ki, əgər burada hansısa bir hərbi missiyadan söhbət gedəcəksə, Tehran və Moskva qəti şəkildə Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsinə imkan verməyəcək. Ancaq birtəhər yerləşdilər. Lakin bu heç də o anlama gəlmir ki, Rusiya bunu unudub. Görünən budur ki, missiya günü-gündən öz fəaliyyətini gücləndirir. 

2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində toqquşmalar baş verdikdən sonra 6 oktyabrda Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri Praqa görüşündə Ermənistana missiya göndərilməsi haqda razılığa gəliblər. Bundan sonra 40-a qədər Aİ eksperti Ermənistan sərhədinə göndərilib və fəaliyyəti 2 ay davam edib.

2023-cü il yanvarın 23-də Aİ Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Ermənistanda Aİ-nin 2 illik mülki missiyasının yaradılmasına razılıq verib.  Məhz bu amil Rusiyanı ciddi narahat edir”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
baki-xeber.com

1Mənbələr