AZ

“İstənilən lotereya qumardır, burada udan “Azerlotoreya “dır” - Hüquqşünas

İlanın ağına da lənət, qarasına da. Yəni, qumar, qumardır. Qumar yalnız kazinoda olmur ki, istənilən bu tipli lotoreyalar qumardır. 

Bu sözləri News24.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, qumarda həmişə udan kazinodursa, burda da hər zaman udan Azərlotoreyadır:

“İstisna hallar var ki, kazinoda da bəzən böyük məbləğdə uduş udan olur,  lotoreyada da ola bilər, amma bütövlükdə burada udan Azərlotoreyadır. İnsanlar təbii ki, həvəslənir, pul daha çox qoyur ki, qazanacağam, bu səfər udacam, gələn səfər udacam. Bu səfər mütləq qazanacam və beləcə pulları hədər gedir. Yəni bu da böyük faciədir. Necə ki, alkoqollu içkilər kimi. Məsləhətim budur ki, insanlar buna aludə olmnasınlar”.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
news24.az

1Mənbələr