AZ

Elnarə: "Oğullarım mənə "od qoyur"lar, evdə salamat yer yoxdur" - VİDEO

"Oğlan övladlarım mənə "od qoyur". Böyük oğlum nadinclikdə elə bil ki, itələyib məni oturub".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu “YouTube” da yayımlanan “AStar” verilişində deyib. 

Oğlan övladlarının dəcəl və nadinc olduğunu söyləyən sənətçi bildirib ki, məktəbdəki müəllimləri onlardan tez-tez şikayətlənirlər:

"Elə bir gün yoxdur ki, məktəbdən müəllim mənə zəng etməsin, "whats'app"a mesaj yazmasın. Oğlumun müəlliməsi zəng edib deyir ki, "bu, sonuncu xəbərdarlıqdır. Bundan sonra direktora təqdimat yazacağam". Direktor da deyir ki, “o sarı oğlanda "pişik tükü" var”. Oğlum çox hiperaktivdir. O? bətnimdə də elə idi. İki dəfə ciyəni dolamışdı boynuna. Həkimin göstərişi isə əməliyyat idi. Necə dolamışdısa, 9-cu ayında iki dənə dolağı özü açdı. Yəni, fırlandı və açdı. 

Çox nadincdir və bir yerdə durmur. Oğlan uşaqlarıdır. Oğlan necə olmalıdır ki?! İmkan versən, düz divara dırmaşarlar. Çilçırağın üstünə çıxıb, sallanarlar. Onların əlindən evimdə bir dənə salamat yerim yoxdur. Rəflərin hamısının qapıları və stullar qırıqdır. Divanlara isə artıq ikinci dəfə üz çəkdirmişəm".
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovla ailəli olan Elnarənin bu nikahından 4 övladı var. Biri qız, üçü isə oğlan. Elnarə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanıdır. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
bizim.media

10Mənbələr