AZ

"Rusiyanın Xarkov vilayətinə hücumu 2022-ci il hərbi müdaxiləsindən daha pisdir" - "The Washington Post"

"Müharibədən öncə Volçanskda 17 min nəfər yaşayıb, hazırda şəhərdə bir neçə yüz adam qalıb..."
 
"Amerikalı məmurlar Rusiyanın hərəkətlərini narahatlıqla izləyir, lakin hələlik Ukraynanın xeyli ərazi itkiləri həddində olduğunu hesab etmir..."
 
Rusiya Xarkov vilayətinə hücum edir, minlərlə insan təxliyə edilir
 
Minlərlə ukraynalı Xarkov vilayətinin Rusiyanın hücuma keçdiyi şimal-şərqindəki şəhər və kəndlərini tərk edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Məqalədə deyilir ki, Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumu 6 mindən çox insanı balaca Volçansk şəhərindən təxliyə olunmağa vadar edib. İnsanlar artıq ikinci dəfədir ki, işğalda yaşamaqdan xilas olmağa cəhd edir.
 
Nəşr qeyd edir ki, Rusiya sərhəddindən cəmi bir neçə km aralıda yerləşən Volçansk və ətraf yaşayış məntəqələrindən olan köçkünlər dalğası 2022-ci ilin fevral ayında hərbi müdaxilənin ilk günlərini xatırladır. Lakin təxliyə edilənlər deyir ki, Rusiyanın yeni hücumu daha pisdir.
 
"Bir neçə gün ərzində Volçansk və qonşu sərhəd şəhərlərinə təyyarələrdən dəfələrlə Rusiyanın hər biri yarım ton olan fuqas bombaları atılır. Daimi olaraq artilleriya atəşlərinin səsləri eşidilir. Başımızın üzərində avtomobillərə çırpılan kamikadze-dronların səsi eşidilir. Meşələr, maşınlar, yaşayış evləri od tutub yanır, güclü tüstüdən nəfəs almaq olmur", - məqalədə deyilir.
 
Volçansk şəhəri üç gün ərzində intensiv atəşlərdən sonra, demək olar ki, boşalıb. Müharibədən öncə şəhərdə təxminən 17 min nəfər yaşayıb, hazırda şəhərdə bir neçə yüz adam qalıb.
 
Hətta əvvəllər heç bir yerə getməməyə and içən, getməyə yerləri olmadığını deyən yaşlı sakinlər də total dağıntılara tab gətirmək gücündə deyil.
 
"Siz elə düşünürsünüz ki, onlara bu kəndlər lazımdır? Orada heç nə qalmayıb. Onlar irəliyə getmək niyyətindədir. Onlar buraları bizdən təmizləyir ki, gələcək planlarında onlara mane olmayaq", - bunu 73 yaşlı Valentina İlyenko deyir.
 
Rusiyalı işğalçılar şəhərin şimalına çatıb və ukraynalı hərbçilər bəyan edib ki, hücumun qarşısını almaq üçün əlavə qüvvələr göndərilib. 
 
Təxliyə edilənlərin bir çoxu deyir ki, Rusiyanın Ukraynanın ikinci böyük şəhəri olan Xarkova ikinci dəfə hücuma cəhd edəcəyindən ehtiyat edir.
 
Xarkov artıq iki ildir ki, raket atəşlərinə məruz qalır, lakin Ukraynanın 2022-ci ilin sentyabrında genişmiqyaslı əkshücumu nəticəsində Rusiya qüvvələri regionun şimal-şərq hissəsinin böyük hissəsindən, o cümlədən Rusiyanın hazırda hücum etdiyi bir çox sərhəd şəhərlərindən sıxışdırılıb çıxarılıb. İşğalçılar irəlilədikcə Xarkovun Rusiya artilleriyasının hədəfində olacağı riski artır.
 
"Düşmən bizə şimaldan hücum edir və bizim ərazilərimizin dərinliyinə irəliləməyə cəhd göstərir. Rusiyalılar Volçansk şəhərini ələ keçirməyə cəhd edir, lakin hərbçilərimiz hələlik onların qarşısını alır, bütün istiqamətlərdə döyüşlər gedir", - bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bəyan edib.
 
Hal-hazırda amerikalı məmurlar Rusiyanın hərəkətlərini narahatıqla izləyir, lakin hələlik Ukraynanın xeyli ərazi itkiləri həddində olduğunu hesab etmir.
 
Vaşinqton bəyan edib ki, Rusiyanın indi zərbə endirmək qərarı, böyük ehtimalla, Ukraynanın Konqres tərəfindən altı aylıq ləngimədən sonra təsdiq etdiyi yeni maliyyəşdirmə sayəsində tez bir zamanda yenidən silahlana biləcəyini anlamasından irəli gəlir. Rusiya ehtimal ki, bu müddət ərzində nə qədər irəliyə gedə biləcəyini aydınlaşdırmaq istəyir.
 
Rusiyanın Xarkov vilayətinə hücumu-bunları bilmək lazımdır
 
Artıq bir neçə gündür ki, Rusiyanın işğalçı qoşunları Xarkov vilayətinə yeni hücuma başlayıb.
 
Düşmən müəyyən uğurlar əldə edib, bir neçə yaşayış məntəqələrini ələ keçirib. O cümlədən rusiyalılar öz bayraqlarını Qlubokoye məntəqəsi üzərində qaldırıb.
 
Mayın 14-də Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bəyan edib ki, Rusiya Xarkov vilayətinə hücum fonunda Sumı vilayəti yaxınlığında kiçik hücum bölmələri yerləşdirib.
 
Bu zaman o, qeyd edib ki, Ukraynanın bu istiqamətə göndərmək üçün ehtiyat qüvvələri yoxdur, bütün qüvvələr ya orada, ya da Çasovoy Yardadır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
50
moderator.az

10Mənbələr