AZ

Putin Rusiya ilə Çin arasında iqtisadi əlaqələrin perspektivlərindən danışıb

Rusiya lideri Vladimir Putin Rusiya Federasiyası ilə Çin arasında iqtisadi sahədə əlaqələrin perspektivlərinə əmin olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bunu Kremlin saytında dərc olunan Çinin “Sinxua” agentliyinə müsahibəsi zamanı deyib.

“Mən Rusiya-Çin iqtisadi əlaqələrinin böyük perspektivlərinə əminəm”, – deyə Vladimir Putin bildirib.

Putin həmçinin müsahibəsində bildirib ki, ölkə dünyanın dörd ən böyük iqtisadiyyatından birinə çevrilməyi hədəfləyir. Eyni zamanda, Rusiya liderinin sözlərinə görə, Rusiya iqtisadiyyatının prioritetləri rusların rifahının yüksəldilməsi və bütün sahələrin səmərəli inkişafı olaraq qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
nocomment.az

1Mənbələr