AZ

Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin

Düşünürəm ki, bu, təkcə Fitso və Slovakiyaya deyil, həm də Rusiya-Slovakiya münasibətlərinə atılan güllədir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdi şərh edərkən deyib.

O, hökumət başçılarına qarşı təsadüfi sui-qəsd cəhdlərinə inanmadığını bildirib.

Zatulin sui-qəsdin Fitsonun Avropa və dünyadakı vəziyyətlə bağlı mövqeyi ilə bağlı ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitsoya bu gün sui-qəsd edilib. O, hökumətin iclasından çıxarkən güllələnib.

Hazırda xəstəxanada əməliyyatdan çıxan baş nazirin səhhətinin stabil olduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
axar.az

4Mənbələr