AZ

"Bank Respublika" işçilər axtarır - VAKANSİYALAR

Bank Respublika ASC

Xidmətlər üzrə məsləhətçi (Sumqayıt filialı)

Son tarix 15 iyn 2024 - Müraciət et

Təsvir:

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili və Rus dilləri əla səviyyədə mütləqdir; 
  • Komputer bilikləri: Microsoft Office Program (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı.

 

İdarə Heyəti sədrinin ofisinə mütəxəssis

 Son tarix 14 iyn 2024 Müraciət et

Təsvir:

  • Sənəd dövriyyəsinin bankdaxili qaydalara uyğun aparılmasına nəzarət etmək;
  • İdarə Heyəti, Riskləri İdarəetmə, Aktiv və Passivləri İdarəetmə, İnformasiya texnologiyaları, Layihələri İdarəetmə Komitəsi və s. bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
  • Bankın rəhbər işçilərinin (Müşahidə şurasının sədri, İdarə Heyətinin Sədri və üzvlərinin) görüşlərini təşkil etmək;
  • Bankın rəhbər işçilərinin xaricə ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
  • Bankın rəhbərliyinə Beynəlxalq Maliyyə İnstitutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
  • Bankın rəhbərliyinin treninq və seminarlarda iştirakını təmin etmək və bununla əlaqədar bütün təşkilati işləri həyata keçirmək;
  • Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək. 

Tələblər:

  • Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya sahələri üzrə arzuolunandır);
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə mütləqdir;
  • MS Office yüksək səviyyədə biliklər (Word, Excel, Power point);
  • Güclü analitika və problem həll-etmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.

 

Kart prosessinq sisteminin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi (PL/SQL Developer)

 Son tarix 14 iyn 2024 Müraciət et

Təsvir:

  • Verilən texniki tapşırığa uyğun PL/SQL –də layihələrin/yeni məhsulun işlənib hazırlanması, izlənilməsi, səhvlərin araşdırılması və aradan qaldırılması;
  • PL/SQL üzərindən yazılmış mövcud layihələrdə lazımi əlavələr, dəyişikliklərin olunması;
  • PL/SQL kontekstində: packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection və digər elementləri analiz etmək və optimallaşdırmaq bacarığı;
  • Compass sistemində gün bağlanma , iş prosesi zamanı baş verən xətaların core sistemində həlli;
  • Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi;
  • Rus dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
  • Əlaqədar sahələrdə sertifikatların olması üstünlükdür (məsələn, Oracle Certified Professional - OCP, Oracle PL/SQL Developer Certified Associate, və s.).

Tələblər:

  • Ali təhsil;
  • PL/SQL ,SQL sahəsində minimum 2 il iş təcrübəsi;
  • Oracle PL/SQL ,SQL, PostgreSQL;
  • Yeni məlumatları tez anlamaq, analiz və tətbiq etmək bacarığı;
  • Compas programı üzrə bilik arzuolunandır;
  • İnkişaf etmiş məntiqi və analitik təfəkkür, alqoritmik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili(texniki səviyyədə) və İngilis dili arzuolunandır;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Bank sektorunda iş təcrübəsi olan namizədə üstünlük veriləcəkdir;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir;
  • Agile metodologiyası barədə məlumatlı olmaq ( biliyi arzuolunandır).

 

Hesabatlıq və SQL təminatı şöbəsinin aparıcı mütəxəssisi/mütəxəssisi (SQL Developer)

 Son tarix 14 iyn 2024 Müraciət et

Təsvir:

  • Biznes strukturlardan daxil olan tələblər əsasında SQL scriptlərin yazılması;
  • Yeni və mövcud hesabatların performansının optimallaşdırılması;
  • Yeni layihələrdə cədvəl strukturları üçün ER Diaqramlarının qurulması və rəylərin verilməsi;
  • Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi.

Tələblər:

  • Ali təhsil;
  • SQL/Hesabatlıq üzrə minimum 2 il bank təcrübəsi;
  • Oracle SQL, PostgreSQL;
  • PL/SQL bilikləri arzuolunandır;
  • Analitik düşünmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.

 

Web developer (PHP)

 Son tarix 15 iyn 2024 Müraciət et

Təsvir:

  • Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
  • İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
  • Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
  • Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
  • Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Tələblər:

  • Ali təhsil;
  • PHP, JavaScript, HTML, CSS üzrə minimum 2 il iş təcrübəsi;
  • Məlumat bazalarının proqramlaşdırılması sahəsində biliklər (SQL, PLSQL);
  • Agile metodologiyası barədə məlumatlı olmaq.
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
  • Analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
fed.az

2Mənbələr