AZ

Nikol Paşinyan Azərbaycanla sülh sazişini “kosmosa uçmaqla” müqayisə etdi

Ermənistan-Azərbaycan sülh prosesinin qavranılması onun tanış olmaması səbəbindən çətin ola bilər.

Editor.az bildirir ki, bu fikri Ermənistanın baş naziri deyib. Nikol Paşinyanın sözlərinə görə, sülh yolu ilə nizamlanma təcrübəsinin olmaması qeyri-müəyyənlik və narahatlıq yaradır. Hökumət başçısı bildirib ki, tarixi təcrübə deyir ki, sülh yolu ilə nizamlanma mümkün deyil, amma bu belə deyil: “Bununla belə, əsrlər boyu təcrübə göstərib ki, kosmos uçuşları da inanılmazdır, lakin insanlar yeni şeylər öyrənməyə hazır olduqları üçün buna nail olubar, – Nikol Paşinyan vurğulayıb. Hökumət başçısı həmçinin bəyan edib ki, Ermənistan digər region ölkələri ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə çalışır.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
editor.az

1Mənbələr