AZ

"Industrial Business Ltd" işçi axtarır - VAKANSİYA

Industrial Business Ltd

Satınalma üzrə mütəxəssis

Son tarix 15 iyn 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
  • Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi
  • Yerli və xarici bazarın monitorinqini aparmaq
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi 
  • Satınalma prosesinin vaxtında, prosedura uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
  • Sifariş olunmuş malların düzgün daşınması və çatdırılması işininin təşkili, hər hansı bir maneələr olarsa rəhbərliyi  məlumatlandırması
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.

Tələblər: 

  • Təhsil: Ali
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq (Neft-qaz təzhizatı üzrə iş təcrübəsi üstünlükdür)
  • Kompüter bilikləri:1C, MS Windows sistemi, Microsoft Office proqramları
  • Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-orta və ingilis dili-əla
  • Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumat
  • Komanda ilə işləmək bacarığı
  • Effektiv ünsiyyət,çeviklilik,məsuliyyətlilik, intizamlıq
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

İş qrafiki: I-V günlər, 09:00-18:00

Əmək haqqı: Müsahibə yolu ilə 

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
fed.az

1Mənbələr