AZ

ADAU komandası şahmat turnirində I yerə çıxıb

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər təşkilatının rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən şahmat və dama turnirləri keçirilib.

Tehsil.biz xəbər verir ki, turnirdə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət 5 komanda qalib adı uğrunda mübarizə aparıb.

Dairəvi sistem üzrə keçirilən şahmat yarışında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) komandası I yerə çıxıb.

Qalib komanda diplomlarla təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
tehsil.biz

1Mənbələr