AZ

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının monoqrafiyası Rusiyada nəşr olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı t.e.d. Aqil Səfərovun “Krekinq və piroliz qazlarının birgə emalının kimya-texnoloji kompleksinin hesablanması misalında mürəkkəb kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi metodu” adlı monoqrafiyası Moskvada nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Monoqrafiyada mürəkkəb kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi üçün təklif olunmuş yeni metodu üzrə nəzəri və praktiki materiallar təqdim olunub. Burada metodun əsas mərhələləri ətraflı şəkildə göstərilib və ardıcıl şəkildə həll edilərək krekinq və piroliz qazlarının birgə emalının kimya-texnoloji kompleksinin hesablanmasında istifadə edilib. Qeyri-stasionar şəraitdə baş verən proseslərin dinamik riyazi modelləri və idarəedici blok-sxemləri işlənib hazırlanıb.

Kitab ekoloji cəhətdən təhlükəsiz, resursa qənaət edən istehsalatların mühəndis-aparat tərtibatı, hesabatı və texnoloji layihələndirilməsi ilə məşğul olan kimya və ona bitişik olan sənaye sahələrinin müəssisə, tədqiqat və layihə təşkilatlarının elmi və mühəndis-texniki işciləri üçün, həmçinin kitab kimya-texnoloji proseslərin hesablanması, modelləşdirilməsi və kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi məsələləri ilə maraqlanan kimya mühəndisliyi ixtisaslarının tələbələri, magistrantları və doktorantları üçün faydalı olacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
1
tehsil.biz

2Mənbələr