AZ

İcra başçısı antiterror əməliyyatlarında şəhid olmuş Emin Abbaszadənin doğum günü nünasibəti ilə ailəsini ziyarət edib

Bolgə.TV xəbər verir ki, İcra başçısı antiterror əməliyyatlarında şəhid olmuş Emin Abbaszadənin doğum günü nünasibəti ilə ailəsini ziyarət edib 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər və veteranlarla birlikdə doğum günü nünasibəti ilə antiterror əməliyyatlarında şəhid olmuş Abbaszadə Emin Faiq oğlunun adına inşa edilmiş bulağı ziyarət edib, önünə gül dəstələri düzüb, məktəblilər Vətənə və şəhidlərə aid şeirlər səsləndiriblər. 

Sonra İcra başçısı və qonaqlar şəhidin  ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıblar.

Görüşdə şəhid haqqında doğmalarının xatirələri dinlənilib, doğmaları ilə birlikdə şəhidin keçdiyi döyüş yoluna nəzər salıb.

Qeyd edək ki, şəhid Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. O,19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb və Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Rayon rəhbəri şəhidin valideynlərinə  Emin kimi vətənpərvər igid bir oğul böyütdükləri üçün öz təşəkkürünü bildirib, onun evdən deyil, eldən gedən oğul olduğunu bildirib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
1
bolge.tv

2Mənbələr