AZ

Qubad İbadoğlu siyasi fəaliyyətini DAYANDIRDI

Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) fəaliyyətini dayandırıb, sədri Qubad İbadoğlu isə siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.



Referans.az xəbər verir ki, bu barədə qərar ADR İdarə Heyətinin mayın 14-də keçirilmiş toplantısında verilib.


ADR-dən partiyanın fəaliyyətinin dayandırılmasının səbəbi onun “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun qeydiyyata alınmaması ilə əlaqələndirilib.

Qubad İbadoğlunun siyasi fəaliyyətinə fasilə verilməsi isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki problemlər göstərilib.


Hələlik, açıqlanan qərarlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.


İqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi partiya 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
referans.az

1Mənbələr