AZ

Tbilisidəki aksiyaya Aİ ölkələrinin xarici işlər nazirləri də qatılıblar - YENİLƏNİB - FOTO

Tbilisidə "xarici təsir" qanunu əleyhinə keçirilən aksiyaya Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri də qatılıblar.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, onlar Parlament binaasının qarşısında keçirilən etiraz aksiyasında iştirak edirlər.

Latviya, Litva, Estoniya, İslandiyanın xarici işlər nazirləri səhnədən aksiyaçılara müraciət edirlər.

***

Saat 21:00

Tbilisidə "xarici təsir" qanunu əleyhinə yenidən etiraz aksiyası keçirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiya iştirakçıları bu dəqiqələrdə Parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar.

Polis yolda qalan nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönəldir.

Mitinqdə Gürcüstanın və Avropa İttifaqının himni səsləndirilib.

Etirazçılar qanun əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Tbilisidəki Tbilisidəki Tbilisidəki Tbilisidəki Tbilisidəki Tbilisidəki Tbilisidəki Tbilisidəki Tbilisidəki Tbilisidəki Tbilisidəki
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
3
apa.az

4Mənbələr