AZ

"NTD-İndiqo"nun baş məşqçisi: İkinci görüş daha çətin olacaq

İkinci görüş daha çətin olacaq.

"Report"un məlumatına görə, bunu "NTD-İndiqo" basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev "Xırdalan" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda görüşdə qalib gəldikləri görüş barədə danışıb:"İlk iki hissə çətin keçdi. Səbəbləri də məlumdur. Ancaq üçüncü və dördüncü hissələrdə komanda yaxşı mübarizə apardı. "Xırdalan" yaxşı komandadır. Ancaq onların iki əsas basketbolçusu meydançaya çıxmamışdı. Buna görə bizə oynamaq daha asan idi. Düşünürəm ki, ikinci görüş daha çətin olacaq. Bu gün gənc oyunçulara oynamaq şansı verdik. Çalışırıq ki, gənc basketbolçular da özlərini göstərsinlər".

Qeyd edək ki, üçüncü yer uğrunda baş tutan görüşdə "NTD-İndiqo" "Xırdalan" komandasına 95:79 hesabı ilə məğlub olub. Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
2
report.az

3Mənbələr