AZ

Rusiyaya savaş açdılar - “Hücum edib Putini devirəcəyik”

Ukrayna ordusunun tərəfində döyüşən “Azad Rusiya” Legionu, “Rusiya Könüllüləri” Korpusu və “Sibir” Batalyonunun hədəfi dəyişməyib.

Teleqraf.com xəbər verir ki, bunu legionunun döyüşçüsü Aleksey Baranovski deyib.

Döyüşçü bildirib ki, bu, fürsət pəncərəsi açılanda baş verəcək:

“Bu, indinin və sabahın məsələsi deyil. Rus könüllülərinin qüvvələri bunun üçün yaradılıb və bu məqsədlə döyüş təcrübəsi qazanırlar. Bir gün ora daha uzun müddətə və daha dərinliyə getmək üçün Rusiya ərazisində reydlər həyata keçirəcəyik, bu, maksimum plandır. Biz tam başa düşürük ki, Ukrayna Silahlı Qüvvələri sərhədi keçməyəcək. Biz isə Rusiyanın vətəndaşlarıyıq, irəliləyəcəyik, evimizə qayıdıb orada asayişi bərpa edəcəyik. Buna görə də Putini devirmək əsas məqsədimiz olaraq qalır”.

Həmçinin Baranovski əlavə edib ki, hazırda Rusiya daxilində Putinə qarşı mübarizə aparmağa hazır olan açıq qüvvələr yoxdur:

“Amma Rusiya ərazisinə uzun sürən hücuma başlayan kimi belə könüllülər peyda ola bilər. Əlbəttə, “Azad Rusiya” Legionu, “Sibir” Batalyonu və “Rusiya Könüllüləri” Korpusunun könüllüləri Rusiya daxilində mümkün dəyişikliklərin əsas mühərrikidir”.

Bununla belə, o, Rusiya hakimiyyətinin ölkəyə tam və effektli şəkildə nəzarət etdiyini, bu durumu dəyişmək üçün fürsət gözlədiklərini vurğulayıb.

“Vəziyyət dəyişə bilər, o zaman bölmələrimiz Rusiya ərazisində möhkəm dayana və ölkə vətəndaşlarını öz bayraqlarımız altında birləşdirə biləcək. Belə bir etiraz, hətta inqilabi hislərin potensialı var”, - Baranovski qeyd edib.

Bunun nə vaxt baş verəyi ilə bağlı suala legion üzvü belə cavab verib: “Rusiya Ukraynada döyüş meydanında uduzmağa başlayanda, iqtisadiyyatı sanksiyalar altında batacağı zaman, bütün bu amillər bir tapmacada birləşdikdə, biz hazır olanda, kəmiyyətcə böyüdükdə...”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
teleqraf.com

1Mənbələr