AZ

Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı

Alimlər ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hazırda bu sensor ABŞ-da və İsrailin böyük müəssisələrindən birində sınaqdan keçirilir.

Mütəxəssislər ət parçasının tərkibində olan mikrobların sayını müəyyən etmək üçün istifadə oluna bilən startap yaradıblar. Onların sayı sürətlə artırsa, stiker rəngini dəyişir.

Startap dörd il əvvəl Aşkelonda yaradılıb və "BioTip" adlanır. Ətin xarab olub-olmadığını müəyyən edən sensor stiker şəklində təqdim olunur. Rənginə görə məhsulun istehlaka uyğun olub-olmadığını müəyyən edə bilərsiniz.

Tədqiqatçılar qeyd ediblər ki, hər il yüz minlərlə insan köhnəlmiş qidalar, xüsusilə də, istifadə müddəti qablaşdırmada göstəriləndən daha tez bitən ət səbəbindən qida zəhərlənməsindən əziyyət çəkir. Sensor bu problemi azaltmağa kömək edəcək. Məhsulda çoxlu bakteriya olduqda, stiker rəngini mavidən şəffafa və yaşıldan sarıya dəyişir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
2
milli.az

3Mənbələr