AZ

“Qaradağ Lökbatan” Şamaxıdan cavab gözləyir

Birinci liqada sona iki tur qalmış elitaya ən yaxın olan klub “Qaradağ Lökbatan”dı.

Deyilənə görə, AFFA illərdi bu hədəfə can atan komandanın lisenziya istəyi yolunda “yaşıl işıq yandırıb”. Məsələ ondadı ki, stadion problemi ilə üzləşən Qaradağ təmsilçisi ev oyunlarını keçirəcəyi arena kimi məhz Şamaxını göstərib. Komanda məşqləri Bakıda, çempionat oyunlarını isə Şamaxıda keçirməyi planlaşdırır. Belə xəbərlərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün “Qaradağ Lökbatan”ın rəhbəri Bəbir Məmmədova müraciət etdik:
“Lisenziya tələblərinə uyğun bütün meyarlar üzrə sənədləri təhvil vermişik. Hazırda stadion məsələmiz qalıb. Bakı şəhərində olan stadionlara müraciət etmişik, hamısı doludu. Rayonlardakı stadionlara müraciət etsək belə, müsbət rəy ala bilmədik. Yalnız Şamaxı şəhər stadionundan cavab gözləyirik”.


ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
football-plus.az

1Mənbələr