AZ

Ditmar Hamann Harri Keynin “Bayern”ə transferini tənqid etdi

“Bayern”in sabiq yarımmüdafiəçisi Ditmar Hamann ingilis mərkəz hücumçusu Harri Keynin Münhen klubuna transferinin uğuru haqda sərt danışıb.

Arena.az Hamanın bu barədə fikirlərini ifadə təqdim edir:

“Onlar neçə qənimət qazandılar? “Bayern” ötən mövsüm Keynsiz indikindən daha çox qol vurub. Onun çox yüksək maaşı var və onun dəyəri 100 milyon avrodan çox idi. Əgər irəlidə Tel oynasaydı, onların vəziyyəti mütləq daha pis olardımı? Mən onu qətiyyən qınamıram, əlbəttə ki, yox.

Amma klub onun adı ilə çoxlu köynək satıb. Bu, ulduz transferi idi. Bunun səhv olub-olmaması mübahisəlidir. Hər halda belə bir sual haqda düşünürəm: klubun hesabında 100 milyonun olması, onun isə yenidən İngiltərəyə qayıtması daha yaxşı olmazdımı?”, deyə Ditmar Hamann bildirib.

Xatırladaq ki, Harri Keyn İngiltərənin “Tottenhem” klubunun yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
arena.az

1Mənbələr