AZ

Putin Fitsoya qarşı sui-qəsddən danışdı: "Dəhşətli cinayətdir"

Rusiya prezidenti Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd hücumunu heç bir bəraət qazana bilməyən dəhşətli cinayət adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunub.

“Hörmətli Prezident, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun həyatına sui-qəsd edilməsi barədə mənə məlumat verildi. Bu iyrənc cinayətin heç bir əsası ola bilməz”, - teleqramda qeyd edilib.

Putin Fitsonu cəsarətli və iradəli insan hesab etdiyini qeyd edib və onun tezliklə sağalacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra sui-qəsd nəticəsində yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
qaziler.az

2Mənbələr