AZ

"Windows 11"də YENİLİK - İstifadəçi izləmə funksiyası

"Windows 11"in yeni versiyasında istifadəçinin bütün hərəkətlərini qeyd edəcək funksiya olacaq.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Yeni seçim "Recall" və ya "AI Explorer" adlanacaq. Sistem fərdi kompüter sahibinin bütün addımlarını tamamilə izləyəcək, daxil edilmiş mətni saxlayacaq və skrinşotlar çəkəcək.

Bu seçim süni intellektə ("AI") əsaslanan yeni virtual köməkçinin düzgün işləməsi üçün lazım olacaq. İstifadəçi "PC"dən bütün hərəkətlərinə xronometrdə baxa biləcək.

Ekspertlərin fikrincə, virtual köməkçi ilə insan dilində ünsiyyət qurmaq mümkün olacaq. 

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
redaktor.az

2Mənbələr