AZ

Fitsonun həyatına qəsd cəhdi yazıçı tərəfindən edilib – KİV


Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdini 71 yaşlı kişi həyata keçirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hücumçunun ölkənin qərb hissəsində yerləşən Levitsa şəhərindən olduğu bildirilib.
Qeyd edilir ki, silah qanuni olaraq cinayətkara məxsus olub. Atışmadan əvvəl kişi “Robo, bura gəl” deyə qışqırıb.
Həmçinin, tvnoviny.sk xəbər portalı mənbələrə istinadən xəbər verir ki, baş nazirin həyatına sui-qəsd cəhdi Levitsa şəhərindən olan yazıçı Yuray Tsintula tərəfindən edilib. O, bu şəhərdə “Göy qurşağı” ədəbi dərnəyini yaradıb. Onun bir neçə kitabı nəşr olunub. İnternetdə yazıçının həbs edildikdən sonra görüntüləri yayılıb.
Slovakiya mediası həmçinin Tsintulanın liberal baxışlara sahib olduğunu və respublikanın müxalifətdəki liberal partiyalarının tərəfdarı olduğunu yazıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
yeniavaz.com

1Mənbələr