AZ

Bakı metrosunda təhlükəli anlar – Hərəkətdə olan qatarın qapısı açıldı – ANBAAN VİDEO

Bakıda metronun stansiyalarından birində yaşanan təhlükəli anla bağlı rəsmi açıqlama verilib.

Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı müvafiq yoxlama şəraiti olan, metronun “Həzi Aslanov” stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.

“Lakin sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bununla bağlı hazırda müvafiq araşdırma aparılır. Sərnişinlərdən xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda maşinistə vaqondakı rabitə vasitəsilə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat versinlər”, - deyə o qeyd edib.

Bəxtiyar Məmmədov əlavə edib ki, metropolitendən istifadə edərkən, təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var:

“Sərnişinlərimizdən təhlükəsizliklə bağlı məsələlərdə fəal olmağı xahiş edirik”.

20:39

Bakıda metronun stansiyalarından birində təhlükəli anlar yaşanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, hərəkətdə olan qatarda vaqonlardan birinin qapısı açılıb.

Sərnişinlər qapının bağlı qalması üçün müdaxilə etmək məcburiyyətində qalıblar.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
oxu.az

1Mənbələr