AZ

Borrell: "Aİ ölkələri Fələstin məsələsində çox bölünüb" - "ABŞ-da müəyyən bir yorğunluq görürəm"

"Avropa İttifaqı ölkələri Fələstin məsələsində çox bölünüb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Josep Borrell ABŞ-da Stenford Universitetində çıxış edərkən deyib.

Borrel Qəzzadakı savaşa toxunaraq qeyd edib ki, bu faciədən qurtulmağın tək yolu iki dövlətli bir həllə nail olmaqdan keçirib: "Biz artıq Fələstin dövlətinin artıq elanını yüksək səslə və açıq şəkildə bildirməliyik. Nə qədər çətin olsa da, bu, qaçılmazdır. İnsanlığın vicdanında ləkə olaraq qalacaq bu faciəni dayandırmağın başqa yolunu görmürəm. Lakin onu da açıq deməliyəm ki, Avropa ölkələri Fələstin məsələsində bölünüüb, özü də çox. Baxın, kiçik istisnalar istisna olmaqla, Aİ ölkələri Rusiyaya qarşı çox həmrəydirlər. Ukraynanı siyasi, iqtisadi, hər aspektdə dəstəkləməkdə çox yekdildirlər. Ancaq Qəzza məsələsidə belə deyil, biz çox parçalanmışıq. Təəssüf ki, ABŞ tərəfində də bu məsələdə müəyyən bir yorğunluq görürəm".

Borrel əlavə edib ki, 2008-2009-cu illərdə Qəzzada olub: "Qəzza üçüncü və ya dördüncü dəfədir ki, dağıdılır. Amma bu dəfə o, kökündən məhv edilir, tamamilə düzləşdirilir. İnsanlar ağlasığmaz səviyyədə öldürülür, aclıqdan ölür və əziyyət çəkirlər...".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
mia.az

2Mənbələr