AZ

Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə – İrəvandan yeni TƏKLİF

Son günlər Zəngəzur dəhlizi ilə bağlı məsələ yenidən aktuallaşıb. Xüsusilə erməni tərəfindən dəhlizin Kalininqrad variantında açılması yönündə səslənən fikirlər diqqət çəkir.

Rəsmi Bakı hələlik məsələyə reaksiya verməsə də bəzi ekspertlər bu versiyanı məqbul hesab edir. Bununla belə təklifi Azərbaycan maraqları çərçivəsində zərərli hesab edən ekspertlər də var.

Zəngəzur dəhlizi başqa adla və təqdimatla açıla bilər? Azərbaycanın istədiyi, nəzərdə tutduğu statusla açılacaq bu yol, yoxsa, Ermənistanın təkid etdiyi amillər də nəzərə alınacaq?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Zəngəzur dəhlizi ilə bağlı mülahizələr getdikcə güclənir:

“Bir müddət öncə İran üzərindən keçən və bir çoxlarının “Araz dəhlizi” adlandırdığı kommunikasiya ilə bağlı iddialar da güclənmişdi. Yəni bu variantı diqqətə çatdıranlar Zəngəzur dəhlizinin sıradan çıxdığını düşünürdü. Amma əsas məsələ bundan ibarətdir ki, rəsmi İrəvan öhdəlik götürüb. 10 noyabr bəyanatının 9-cu bəndində aydın şəkildə göstərilir ki, maneəsiz hərəkət təmin olunmalıdır.

Rusiya-Ukrayna müharibəsi regional, geopolitik konyukturanı dəyişib. Rusiya hərbi qüvvələri artıq regionu tərk edir. Ermənistan bu günə qədər kommunikasiya xətləri üzərində suverenlik hüququnu irəli sürür, buna görə dəhliz yanaşmasını qəbul etmirdi. Rəsmi Bakı isə dəhliz prinsipini dəstəkləyir və təhlükəsizlik təminatının vacib olduğunu qeyd edir.

Təbii ki, kommunikasiya xətlərinin açılması yönündə birdən çox yanaşma təklifi var. Bundan sonra da yeni təkliflər olacaq. Lakin proses rəsmi Bakının maraqları çərçivəsində həll edilməlidir. Kommunikasiya xətlərinin açılması həm sülhə, həm də iki ölkə xalqlarının birgə yaşayışına müsbət təsir edə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
1
turanpress.com

2Mənbələr