AZ

Açar maşında qalıbsa nə edə bilərsiniz? – RAHAT ÜSUL - VİDEO

Adətən sürücülərin ən çox qorxduğu vəziyyətlərdən biri də açarın kilidli maşının içində qaımasıdır. Çünki avtomobili aça biləcək açarın bağlı qapı arxasında olması həm xərc, həm də vaxt aparan bir haldır. Həmçinin qapıları açmaq üçün ya çilingər çağırılmalı, ya da şüşə sındırılmalıdır.

Amma bunu özünüz də edə bilərsiniz.

Bunun üçün sadəcə çəngəl kifayətdir. İlk növbədə çəngəlin ən sağ və ən sol çıxıntısı kəsilməlidir. Daha sonra o hamar edilib, uclu formaya salınmalıdır. Çəngəlin çıxıntılarını mümkün qədər sıxıb, bir-birinə yaxınlaşdırılmalıdır. Bütün bunları etdikdən sonra avtomobilin açar yerinə çəngəli salıb, sağa və sola çevirməklə qapını açmaq mümkündür. Lakin nəzərə alınmalıdır ki, bu vaxt tələb edən bir prosesdir.

Avtosfer.az görüntüləri təqdim edir:

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
avtosfer.az

1Mənbələr