AZ

RUMINİYA-UKRAYNA SƏRHƏDİNDƏ İKİ FƏRARİNİN CƏSƏDİ AŞKAR EDİLİB

Rumıniyadan olan sərhədçilər Maramures dağlarında Rumıniya-Ukrayna sərhədini qanunsuz keçən iki, ehtimal ki, Ukrayna vətəndaşının cəsədini tapıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

“Maramures dağlarında tapılan iki nəfərin cəsədləri çox güman ki, sərhədi keçən Ukrayna vətəndaşlarıdır”, - agentlik yazır.

"Bu gün saat 12:15-də (Bakı vaxtı ilə saat 13:15-də) sərhədçilər dövlət sərhədində patrul xidməti həyata keçirərkən dağlıq ərazidə iki cəsəd aşkar ediblər", - “Agerpres” Sighetu-Marmaciei ərazi sərhəd mühafizəsi müfəttişliyinin nümayəndəsi Yulia Stanın sözlərini sitat gətirir.

Hadisə ilə bağlı dərhal Ukrayna sərhəd orqanlarına məlumat verilib və Maramures dağlarında, təxminən 1900 m yüksəklikdə, Pop İvan zirvəsi yaxınlığında yerləşən cəsədlərin çıxarılması məqsədi ilə yerindəcə sərhədçilər, polis və xilasedicilərdən ibarət əməliyyat-axtarış qrupları yaradılıb.

Rumıniya KİV-ləri mütəmadi olaraq Rumıniya-Ukrayna sərhədindəki dağlarda cəbhəyə göndərilməkdən yayınaraq qonşu ölkəyə qaçan ukraynalı gənclərin tapılması barədə məlumat verir. Onların əksəriyyətinin dağ avadanlığı, ərzaq ehtiyatı yoxdur, çoxları yoldan çıxır, ağır xəsarətlər alır, hətta ölürlər.

24 fevral 2022-ci il tarixində Ukraynada ümumi səfərbərlik elan edildi və daim uzadılır, ölkə hakimiyyəti isə hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. Xüsusən də onların xaricə çıxması qadağan edilib, dövlət qurumlarında, küçələrdə, insanların sıx olduğu hər hansı yerlərdə çağırış vərəqələri verilir.

E.ŞİRİNOV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
tezadlar.az

1Mənbələr