AZ

Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır

ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır.

Bunu ABŞ Prezidenti Cozef Bayden bildirib.

O, ölkəsinin Bratislavadakı səfirliyinin Slovakiya hökuməti ilə sıx əlaqə saxladığını və Baş nazir Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı yardım göstərməyə hazır olduqlarını qeyd edib.

"Mən Baş nazirə hücumla bağlı xəbərdən sarsıldım. Birinci xanım Cil Baydenlə mən onun tezliklə sağalması üçün dua edirik. Düşüncələrimiz onun ailəsi və Slovakiya xalqının yanındadır. Biz bu hərəkəti pisləyirik”, - ABŞ lideri vurğulayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
8
news365.az

10Mənbələr