AZ

Bakıda “Çingene Kızı Zeugma” filminin izdihamlı qala gecəsi baş tutdu – VİDEO/FOTO

“Gənclik Mall”da yerləşən “Cinemastercard” kinoteatrında Azərbaycan və Türkiyənin birgə istehsalı olan “Çingene Kızı Zeugma” filminin qala gecəsi keçirilib.

Medianews.az xəbər verir ki, gecəyə filmin qəhrəmanları da qatılıblar.

Baş rejissoru Kamil Çetin, prodüsseri İbrahim Akbaba olan “Çingene Kızı Zeugma” fiilminin baş rolunda azərbaycanlı aktrisa Aysel Nazimqızı çəkilib. Digər rollarda isə Didem Taslan (“Kurtlar vadisi”ndə çəkilib), Orxan Aydin, Bekir Aslantaş, Hakan Bulut, Altan Erkekli, Serkan Şengül və s. canlandırıb.

Kinokomediya janrında olan filmin məzmunu belədir: Türkiyədə “Zeuqma” adlı muzeydən qaraçı qızın mozaikası oğurlanıb və oğrunun kimliyi üzrə araşdırma aparılır.

Könül Aypara
Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
medianews.az

1Mənbələr