AZ

U-21 millimiz Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, U-21 yığmamız iyunun 11-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, Samir Əliyevin çalışdırdığı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunun 7-də Slovakiya yığması ilə də yoldaşlıq görüşü keçirəcək. Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində baş tutacaq bu oyuna da Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
14
arena.az

10Mənbələr