AZ

Mourinyo Modriçlə fəxr edir

Daha əvvəl "Real Madrid"ə rəhbərlik etmiş Joze Mourinyo komandanın yarımmüdafiəçisi Luka Modriçlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı xorvat futbolçu ilə fəxr etdiyini bildirib.

"Luca futbolun gözəlliyini təcəssüm etdirir, mən onunla fəxr edirəm, çünki heç kim ona inanmayanda onu "Real"a gətirmişəm".

Modriç 2012-ci ildə "Tottenhem"dən Madridə keçmişdi. Ümumilikdə, "Qızıl top"un qalibi olan xorvatiyalı yarımmüdafiəçi "Real Madrid"in heyətində 530 oyun keçirib, bu oyunda 39 qol vurub və tərəfdaşları üçün 85 məhsuldar ötürmə edib. Futbolçunun "Real"la müqaviləsi bu mövsümün sonunda başa çatır.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
90deqiqe.az

1Mənbələr