AZ

Avtobus sürücüsü əlil şəxsə pandusu bilərəkdən açmayıb? – Digər sürücü DANIŞDIVİDEO

Avtobuslarda sürücü ilə sərnişin arasında çox zaman müxtəlif səbəblərdən gərginlik yaşanır.

Xezerxeber.az xəbər verir ki, növbəti belə hadisə “Xaliq Faiqoğlu" şirkətinə aid olan 61 nömrəli avtobusda baş verib. Görüntlər başqa bir sərnişin tərəfindən anbaan lentə alınıb.

Həmin sürücünün iş yoldaşı "Xəzər Xəbər"ə hadisənin təfərrüatlarını danışıb.

Digər sürücülər isə hərbir halda sürücünün əlilliyi olan şəxslərə kömək etməli olduğunu dedilər.

Çəkiliş zamanı müşahidə apardığımız avtobusların demək olar hamısında panduslar rahat şəkildə açılıb-bağlanır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə verilən verilən məlumata görə sözügedən avtobus sürücüsü cəzalandırılıb.

Agentlik tərəfindən daşıyıcıya da xəbərdarlıq edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
xezerxeber.az

1Mənbələr