AZ

Aİ-dən Gürcüstanla bağlı qərar: İttifaqa üzvlük müraciəti dondurulacaq?

Gürcüstanda xarici agentlər haqqında qanun qəbul olunarsa, Avropa İttifaqı (Aİ) bu ölkənin təşkilata üzvlük müraciətini dondura bilər.

Bu barədə “Financial Times” qəzeti Avropa rəsmilərinə istinadən məlumat verib.

Onların fikrincə, Gürcüstanda “Xarici agentlər haqqında” Qanun qüvvəyə minərsə, Brüsselin Tbilisi ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarı çox güman ki, qeyri-müəyyən müddətə təxirə salınacaq.

Qeyd edək ki, daha əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel və Avropa Komissiyası birgə bəyanatlarında Gürcüstanı “Xarici agentlər haqqında” Qanundan imtina etməyə çağırıblar, bunun ittifaqa üzvlük ambisiyalarına mənfi təsir göstərdiyini bildiriblər.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də keçirilən plenar iclasda “Xarici agentlər haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinə baxılmasına aprel ayında başlanılıb. O vaxtdan Gürcüstanda genişmiqyaslı etiraz aksiyaları keçirilir ki, bu aksiyalar bir neçə dəfə təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilib və etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
17
oxu.az

10Mənbələr