AZ

Daha bir şirkət biznesini sataraq Rusiyanı tərk etdi

Finlandiyanın ağac emalı sənayesi konserni "Metsa Group" Rusiya biznesini satmaq üçün sövdələşmənin tamamlandığını elan edib. 

Valyuta.az xəbər verir ki, aktivlərin yeni sahibi "Vologda Timber Industry" şirkətlər qrupu (VLP) olub.

Nəticədə "Metsa Group"un dörd törəmə şirkəti VLP-yə keçib: "Metsa Svir" MMC, "Metsa Forest Sankt-Peterburq" MMC, "Metsa Forest Podporojye" MMC və "Metsa Board Rus" MMC. 

Müqavilənin təfərrüatları və dəyəri açıqlanmır. Finlandiya şirkəti bildirib ki, tamamlanmış əməliyyat nəticəsində "Metsa Group" artıq Rusiyada aktivlərə sahib deyil. Avropa konserni ölkədəki fəaliyyətini 2022-ci ildə dayandırıb.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
valyuta.az

1Mənbələr