AZ

Azərbaycan bir daha göstərdi ki, düşünülmüş siyasət həyata keçirir- ÖZƏL

"Azərbaycandan Rusiya qoşunlarının çıxarılması bir daha Moskva Bakı arasında yüksək dinamikalı inkişafın getdiyini göstərir. Tərəflər arasında çox yüksək səviyyədə dialoq mühiti var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Azərbaycan və Rusiya arasında əlaqələr günü-gündən inkişaf edir. Biz digər ölkələrə, məsələn, region ölkələri Ermənistan, Gürcüstana baxdıqda, görünür ki, öz problemlərini çox təhlil eləyə bilmirlər və daxili məsələlərin içində xeyli problem yaşayırlar. Ancaq Azərbaycan və Rusiya arasında əlaqələrin yüksək səviyyədə inkişafı rus qoşunlarının Azərbaycandan çıxarılması ilə nəticələndi. Bu da açıqlanmışdı ki, iki ölkə ali səviyyədə bu barədə qərar qəbul edib və bu, bir daha dövlət başçılarının, həmçinin dövlətlərarası münasibətlərin inkişafının qarşılıqlı şəkildə etimad məsələsini gündəmə gətirir. Bununla bağlı bəziləri rus qoşunları Azərbaycana gəldikdə açıqlamalar verirdilər ki, rus qoşunları çıxmayacaq, burda qalacaqlar və digər başqa məsələlər. Ancaq dövlət başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət məhz bu amilə də çarə tapdı. Yəni Azərbaycan dövləti bir daha onu göstərdi ki, düşünülmüş siyasət həyata keçirir. Dövlət başçısı da öz çıxışlarında vurğulamışdı ki, nəyi nə vaxt, necə etmək lazımdır, mən yaxşı bilirəm. Hər halda Azərbaycan dövləti düzgün şəkildə hesablanmış siyasət həyata keçirir ki, bu gün öz problemlərini demək olar ki, tamamilə həll edir. Bundan sonra da Azərbaycan və Rusiya arasında əlaqələr inkişaf edəcək. İqtisadi, sosial, siyasi sferada uğurlu şəkildə əlaqələr qurulur. Həmçinin Azərbaycanın Rusiya ilə qurduğu əlaqələr ümumilikdə bütün postsovet ölkələri üçün örnəkdir. Yəni bütün postsovet ölkələri bu münasibətlərdən nümunə götürməlidir. Çünki Azərbaycan bu cür münasibətlər quraraq öz problemlərini həll edir. Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti regiondakı ölkələrə, əsasən də keçmiş postsovet ölkələri üçün bir nümunə təşkil etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
50
olaylar.az

10Mənbələr