AZ

Milli Oftalmologiya Mərkəzi BDU-da tibbi aksiya keçirəcək

Milli

Bakı, 15 may, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 16-17 may 2024-cü il tarixlərində Bakı Dövlət Universitetində tibbi aksiya keçirəcək.

AZƏRTAC xəbər verir ki, 2 gün davam edəcək aksiyada məqsəd pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək, göz xəstəlikləri ilə bağlı monitorinq aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 2005-ci ildən paytaxtda, həmçinin respublikanın rayon və şəhərlərində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün səyyar aksiyalar keçirir. Səyyar Klinikanın fəaliyyəti respublikanın ali təhsil müəssisələrinin tələbələrinin və müəllim heyətinin vaxtında yoxlanılması, refraksiya anomaliyalarının aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün şəraitin yaradılması üçün də vacibdir. Müasir səviyyədə oftalmoloji texnologiyalarının inkişafı refraktiv anomaliyaların vaxtında düzəldilməsinə və görmə funksiyasının artırılmasına imkan verir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı da fəaliyyətə başlayıb.

Tarix: 16-17 may 2024-cü il,

Məkan: 23 Akademik Zahid Xəlilov küçəsi, Bakı Dövlət Universiteti

Saat: 09:00

Əlaqə: Mob: (+994) 508919451, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsi

Email: [email protected]

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
8
azertag.az

10Mənbələr