AZ

Flik Münhenə qayıtmaq üçün şərt irəli sürdü

Baş məşqçi vəzifəsinə uzun müddətdi layiqli namizəd axtaran “Bavariya” hələ ki istəyinə çata bilməyib.

“Football-plus.az” xəbər verir ki, bir sıra mütəxəssislərdən mənfi cavab alan Almaniya klubunun rəhbərliyi çıxış yolunu tanış məşqçini dəvət etməkdə görür.

“Bavariya” artıq Hans-Diter Fliklə danışıq aparır. Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb. O, münhenlilərin 59 yaşlı mütəxəssisə irəli sürdüyü müqavilə təklifinin iki il müddətinə - 2026-cı ilin yayına qədər nəzərdə tutulduğunu bildirib. Flikin sonuncu iş yeri 2023-cü ildə tərk etdiyi Almaniya yığması olub. O, daha əvvəl - 2019-21-ci illərdə “Bavariya”ya başçılıq edib.
Yerli mənbələrə görə, Flik klubun qarşısına şərtlər qoyub. O, əvvəlki iş yerinə müvəqqəti əsasda qayıtmaq istəmir. Bir müddət əvvəl Münhen klubunun 2026-cı ilin yayında Yürgen Kloppu komandaya baş məşqçi təyin etmək üçün Flikin xidmətindən ikiillik yararlanmaq istəməsi haqda iddia səslənmişdi. Təcrübəli mütəxəssis digər şərt kimi Miroslav Kloze və Toni Tapaloviçin onun köməkçisi olmasını irəli sürüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
football-plus.az

1Mənbələr