AZ

Putin Fikoya qarşı sui-qəsd cəhdinə reaksiya verib

Bu arada Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fikoya qarşı edilən sui-qəsd cəhdinə münasibət bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Dövlət başçısı qeyd edib ki, Fikoya hücum ağır cinayətdir. Putin Fikonu cəsarətli və iradəli insan adlandırıb və ümid etdiyini bildirib ki, bu keyfiyyətlər “ona bu çətin vəziyyətdən çıxmağa kömək edəcək”.

Rusiya lideri Fikoya səmimi dəstək sözlərini və sağalma arzularını çatdırmağı da xahiş edib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
sia.az

1Mənbələr