AZ

"Qalatasaray"ın futbolçusu Avro-2024-də iştirak etməyəcək

Avro-2024 öncəsi İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, icarə əsasında "Aston Villa"da çıxış edən Nikolo Zanyolo sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi ayağından zədə alıb. O, Avropa çempionatında İtaliya yığmasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Nikolo Zanyolo "Qalatasaray"a məxsusdur. "Sarı-qırmızılar" futbolçunu mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
2
sportal.az

2Mənbələr